Zelenski: Ukraynalı dron ekspertləri Yaxın Şərqdə qalmağa davam edəcək

Tarix: 08 Apr 2026 13:04

Dronlarla mübarizə üzrə ukraynalı ekspertlər Yaxın Şərqdə qalmağa davam edəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O, ABŞ və İran arasında əldə olunan atəşkəsi müsbət qarşılayıb.

Zelenski region ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi üçün ukraynalı ekspertlərin Körfəz ölkələrində qalacağını bəyan edib.

Qeyd edək ki, Ukrayna ABŞ-İran müharibəsi dövründə İran dronlarının zərərsizləşdirilməsinə kömək etmək məqsədilə Yaxın Şərq ölkələrinə bir qrup mütəxəssis göndərib.

Toğrul Quluzadə Ukrayna İran ABŞ dron ekspertləri

Xəbər Lenti