Kreml Putin-Orban telefon danışığının stenoqramının yayılmasına münasibət bildirib

Tarix: 08 Apr 2026 14:05

Putin-Orban danışığının dərc olunmuş stenoqramında Rusiya və Macarıstanın arasını vura biləcək heç nə yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin-Orban söhbətinin dərc olunmuş stenoqramı Macarıstan Baş nazirini dəstəkləyən material kimi qəbul edilə bilər.

"Bu stenoqram Macarıstan Baş nazirini ölkəsinin maraqlarını müdafiə edən praqmatik siyasətçi kimi təsvir edir", - Peskov qeyd edib.

Kremlin sözçüsü Avropa İttifaqı və Brüsseldəki bir çox qüvvənin Orbanın daha bir seçkidə qalib gəlməsini istəmədiyini, onun rəqiblərinin əlinə oynadıqlarını vurğulayıb.

Fərid Əkbərov Orban Putin Rusiya Macarıstan

Xəbər Lenti