“Reuters”: ABŞ-la görüş ərəfəsində İran Hörmüz boğazını nəzarəti altında aça bilər

Tarix: 08 Apr 2026 16:35

ABŞ və İran nümayəndələri arasında Pakistanda keçiriləcək görüş ərəfəsində İran cümə axşamı və ya cümə günü Hörmüz boğazını nəzarət altında və məhdud şəkildə aça bilər.

Bunu “Reuters”ə danışıqlarda iştirak edən yüksək rütbəli İran rəsmisi bildirib.

Rəsminin sözlərinə görə, danışıqların çərçivəsi üzrə razılaşma əldə olunarsa, boğaz “məhdud şəkildə və İranın nəzarəti altında” açıla bilər.

“Bütün gəmilər üçün İran hərbçiləri ilə koordinasiya məcburi olacaq. Atəşkəs hələ də kövrəkdir, lakin biz davamlı sülhə üstünlük veririk. Bununla belə İranın müharibəyə qayıtmaqdan qorxusu yoxdur”, - o əlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir.

İlqar Xudiyev Hörmüz boğazı ABŞ-İran danışıqları İran

Xəbər Lenti