Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 17:00
Xarqdakı hərbi hədəflərə zərbələr iranlılara öz vəziyyətlərini – gələcəklərini anlatdı.
APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
“Rejimin güc yaratmaq imkanları bizim əlimizdə idi. Bu, Prezident Trampın əlində idi. Məhz buna görə də onlar danışıqlar masasına gəldilər”, - o qeyd edib.
Heqset deyib ki, İran tərəfi enerji ixrac etmək imkanını itirə biləcəklərini başa düşdükdən sonra atəşkəsə razılaşıblar: “Məhz bu cür təzyiq onları elə bir nöqtəyə gətirdi ki, faktiki olaraq “Yaxşı, biz bu razılaşmanı bağlamaq istəyirik” dedilər”.
İlqar Xudiyev ABŞ-ın müharibə naziri Pit Heqset Xarq adası İran