İsrailin Livana zərbələri nəticəsində yüzlərlə insan ölüb - YENİLƏNİB-1

Tarix: 08 Apr 2026 21:22

İsrailin Livanda həyata keçirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində ən azı 112 nəfər ölüb, 837 nəfər yaralanıb.

"The Times of Israel" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, zərbələr ölkənin müxtəlif bölgələrini, o cümlədən paytaxt Beyrutu əhatə edib və bu, münaqişə başlayandan bəri “Hizbullah”a qarşı ən geniş hücum dalğası olub. Ölənlər arasında mülki və ya silahlı şəxslər üzrə bölgü təqdim edilməyib.

Qeyd olunub ki, itkilərlə bağlı rəqəmlər yekun deyil və artacağı istisna edilmir.

*** 17:08

İsrailin Livanın müxtəlif bölgələrinə hücumu nəticəsində yüzlərlə insan ölüb.

Bu barədə Livanın səhiyyə naziri Rakan Nassereddine “Al Jazeera”ya məlumat verib.

Toğrul Quluzadə

***

14:01

ABŞ və İran arasındakı atəşkəsdən sonra İrailin Livanın Tir və Sidon şəhərlərinə endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb.

Bu barədə “Al Jazeera” məlumat yayıb.

Məlumata görə, zərbələrdən əvvəl İsrail ordusu bölgə əhalsini ərazini tərk etmələri barədə xəbərdar edib.

Qeyd edək ki, İsrailin Livana genişlənən hücumları indiyədək ölkə üzrə ən azı 1,2 milyon insanın məcburi köçürülməsinə səbəb olub.

İlqar Xudiyev İsrail hava zərbələri Livan

Xəbər Lenti