Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 00:18
İtaliyanın Baş naziri Corca Meloni İran, ABŞ və İsrail arasında əldə olunan atəşkəsin Livandakı müharibəni dayandırmaq üçün imkan yaratdığını bildirib.
APA xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Meloni qeyd edib ki, “Hizbullah”ın ölkəni münaqişəyə cəlb etməsi məsuliyyətsiz addım olub, lakin İsrailin Livana davam edən hücumları çoxsaylı itkilərə və məcburi köçkünlərin artmasına səbəb olur və dərhal dayandırılmalıdır.
O, həmçinin İsrail ordusunun BMT-nin Livandakı müvəqqəti qüvvələrində xidmət edən italyan hərbçilərə atəş açmasını pisləyib.
İtaliya İsrail Livan atəşkəs