Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 09:59
ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfdaş qurumlarla birlikdə Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) keçmiş əməkdaşını məxfi məlumatları media nümayəndəsinə ötürməkdə şübhəli bilərək saxlayıb.
APA xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel "X" hesabında paylaşıb.
Direktor qeyd edib ki, saxlanılan şəxs ABŞ ordusunun yüksək səviyyəli hərbi bölmələrinə dəstək göstərən əməkdaş olub.
“Bu cür işlər üzərində çalışırıq və həbslər həyata keçiririk. ABŞ-ın təhlükəsizliyini riskə atan və ölkəyə xəyanət edən şəxslərə qarşı dözümsüzük”, – paylaşımda bildirilib.
ABŞ ordu