Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 17:24
Ukrayna yanacaq tədarükü ilə bağlı artıq əlavə razılaşmalar üzərində çalışır, o cümlədən Yaxın Şərqdəki tərəfdaşlarla əməkdaşlıq planlaşdırılır.
“UNIAN” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Ən problemli yanacaq dizeldir, benzinlə vəziyyət nisbətən yaxşıdır. Rəsmilər, təchizatçılar və dövlət şirkətləri qiymətləri saxlamaq üçün bazarla razılaşmalar və dəstək mexanizmlərindən istifadə edirlər ki, qiymətlər kəskin artmasın”, - o bildirib.
Zelenski həmçinin ABŞ-ın Vitse-prezidenti Vensin “bir neçə kilometr üçün alver” sözlərini şərh edərək, bunun “torpaq parçası” ilə bağlı olmadığını vurğulayıb.
Zelenskinin sözlərinə görə, belə qiymətləndirmələr Ukrayna torpaqlarının real dəyərini anlamamaq deməkdir.
“Bu torpaqlar strateji əhəmiyyətə malikdir, müdafiə baxımından möhkəmləndirilib və yüz minlərlə insan üçün ev olaraq qalır”, - Ukrayna lideri vurğulayıb.
O əlavə edib ki, bu ərazilərin işğalı Rusiya üçün simvolik nəticə deyil, gələcək hücumlar üçün təməl nöqtəsidir.
İlqar Xudiyev Zelenski Vens Ukrayna Rusiya ABŞ yanacaq böhranı Donbas