Azərbaycanın İrana humanitar yardımların çatdırılmasındakı rolu Quterreşin nümayəndəsinin diqqətinə çatdırılıb - FOTO

Tarix: 09 Apr 2026 18:26

Azərbaycan dövlətinin İrana humanitar yardımlarına görə təşəkkür edirik.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Külivənd BMT Baş katibinin Yaxın Şərq üzrə şəxsi nümayəndəsi Jan Arnonun İrana səfəri zamanı bildirib.

Eyni zamanda, Külivənd Azərbaycanın həm də digər ölkələrin humanitar yardımlarının İrana çatdırılmasını asanlaşdırdığını diqqətə çatdırıb, buna görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə Azərbaycandan İrana üç dəfə humanitar yardım yola salınıb, habelə Azərbaycan Rusiyadan İrana humanitar yardımların çatdırılmasına dəstək göstərib.

Haşim Rahimi

BMT Baş katibi Yaxın Şərq Jan Arno İran humanitar yardımlar İran Qızıl Aypara Cəmiyyəti

Xəbər Lenti