Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 18:05
Rusiya Prezidenti Vladimir Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanunu imzalayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, qanuna görə, sovet xalqının soyqırımı qurbanlarının dəfn yerlərinin, habelə Rusiya ərazisində və ya onun hüdudlarından kənarda abidələrin və digər memorial tikililərin dağıdılmasına, zədələnməsinə və ya təhqir olunmasına görə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qanunda sovet xalqının soyqırımı faktının inkarına və ya təsdiqinə və onun qurbanlarının xatirəsini təhqir etməyə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə məsuliyyəti müəyyən edilib.
Qeyd edək ki, müvafiq qanun layihəsi bu ilin martın 24-də Rusiya Dövlət Dumasında qəbul olunub.
Fərid Əkbərov Rusiya Putin sovet soyqırım qanun