IDF: Hizbullahla əlaqəli qrupun yüksək rütbəli komandiri məhv edilib

Tarix: 09 Apr 2026 17:50

Hizbullahla əlaqəli Livan Müqavimət Briqadaları təşkilatının komandiri Maher Qassem Hamdan Livanın cənubunda zərərsizləşdirilib.

APA xəbər verir ki, bu bardə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, Hamdan silahlıların cəlb olunması, silah tədarükü və Livan Müqavimət Briqadalarının maliyyələşdirilməsinə cavabdeh olub.

Məlumatda, Sidon bölgəsinə qaçan 8 silahlının da zərərsizləşdirildiyi bildirilib.

İlqar Xudiyev Livan İsrail Livan Müqavimət Briqadaları

Xəbər Lenti