Putin xüsusi nümayəndəsini danışıqlar üçün ABŞ-a göndərib

Tarix: 10 Apr 2026 01:41

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev hazırda ABŞ-dadır.

Bu barədə “Reuters” məsələ ilə tanış mənbələrə istinadən məlumat verib.

Dmitriyevin Ukrayna ilə müqaviləni müzakirə etmək üçün Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşlər keçirdiyi bildirilir.

Məlumata görə ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlıq da müzakirə mövzularından biridir.

Kirill Dmitriyev Rusiya ABŞ Vladimir Putin

Xəbər Lenti