Ermənistanda yol qəzasında 5 nəfər ölüb

Tarix: 10 Apr 2026 13:23

Ermənistanda yol qəzası baş verib, 5 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Bu barədə “Shamshyan” saytı məlumat yayıb.

Məlumata görə, hadisə bu gün saat 12:00 radələrində Armavir–Gümrü avtomobil yolunda qeydə alınıb.

“Opel” və BMW markalı avtomobillər toqquşub, nəticədə BMW yoldan çıxaraq xəndəyə düşüb.

Faktla bağlı cinayət işi başlanıb, ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

İlqar Xudiyev Ermənistanda yol qəzası

Xəbər Lenti