İran Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib

Tarix: 10 Apr 2026 13:17

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.

Bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim İlahi TASS-a açıqlamasında deyib.

“Ali Rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur”, - nümayəndə bildirib.

Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatında Müctəba Xameneinin ağır yaralandığı və komada olduğu barədə xəbərlər yayılıb.

Toğrul Quluzadə İran Müctəba Xamenei atəşkəs Ali Rəhbər

Xəbər Lenti