İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

Tarix: 10 Apr 2026 14:14

İspaniya İranı İslamabadda ABŞ-la keçiriləcək danışıqlarda xoş niyyətlə iştirak etməyə çağırıb.

“Middle East Eye” nəşrinin xəbərinə görə, İspaniya xarici işlər naziri Jose Manuel Albares iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında İranı bütün raket və dron hücumlarını dayandırmağa çağırıb.

“Biz İranı danışıqlarda xoş niyyətlə iştirak etməyə çağırırıq”, - Albares jurnalistlərə açıqlamasında vurğulayıb.

İspaniya XİN rəhbəri Livana qarşı hücumları davam etdirdiyinə görə isə İsraili tənqid edib.

Toğrul Quluzadə İran İspaniya danışıqlar Livan

Xəbər Lenti