Cümə, 10 Aprel, 2026
Tarix: 10 Apr 2026 13:23
Ermənistanda yol qəzası baş verib, 6 nəfər ölüb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır. Yaralılar İrəvana aparılır.
Hadisə bu gün saat 12:00 radələrində Armavir–Gümrü avtomobil yolunda qeydə alınıb.
“Opel” və BMW markalı avtomobillər toqquşub, nəticədə BMW yoldan çıxaraq xəndəyə düşüb.
Faktla bağlı cinayət işi başlanıb, ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
İlqar Xudiyev Ermənistan yol qəzası