Britaniya Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib

Tarix: 10 Apr 2026 15:04

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampla Hörmüz boğazından gəmilərin keçidi üçün hərbi variantları müzakirə edib.

“Reuters” xəbər verir ki, Starmer bu məsələni Trampla telefon danışığı zamanı müzakirə etdiyini bildirib.

O, Trampla Hörmüz boğazına dair logistik məsələləri də müzakirə etdiyini deyib.

“Biz bir sıra ölkələrdən ibarət koalisiya formalaşdırır, siyasi və diplomatik plan üzərində işləyirik, eyni zamanda, hərbi variantları və Hörmüz boğazından gəmilərin təhlükəsiz şəkildə hərəkətinin logistikasını da nəzərdən keçiririk”, — Starmer Körfəz regionuna səfəri zamanı vurğulayıb.

İlqar Xudiyev Böyük Britaniya ABŞ Starmer Tramp Hörmüz boğazından keçid

Xəbər Lenti