Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Tarix: 10 Apr 2026 14:46

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.

Qeyd edilib ki, 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Gülcahan İmanqızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi MÜDTA məktəb yerdəyişmə

Xəbər Lenti