Cümə, 10 Aprel, 2026
Tarix: 10 Apr 2026 16:47
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqların müsbət keçəcəyinə inanır.
APA xəbər verir ki, o, bu barədə İslamabada yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, müsbət keçəcək”, - Vens bildirib.
O əlavə edib ki, İran “xoş niyyət”lə danışıqlar aparsa, ABŞ mütləq buna müsbət cavab verəcək.
“Amma bizim oyun oynamağa çalışsalar, qarşılarında çox da güzəştə getməyə hazır olmayan komandanı görəcəklər. Prezident bizə çox aydın göstərişlər verib, görək necə olacaq”, - Vitse-prezident qeyd edib.
Toğrul Quluzadə ABŞ İran Ceyms Devid Vens danışıqlar