Cümə, 10 Aprel, 2026
Tarix: 10 Apr 2026 15:44
Rusiyanın Vladikavkaz şəhərində güclü partlayışda 2 nəfər ölüb.
RBK-nın xəbərinə görə, bu barədə Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo bildirib.
***
15:14
Vladikavkazda partlayış nəticəsində yaralananların sayı 14 nəfərə çatıb.
Rusiya mediasının xəbərinə görə, bu barədə Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo bildirib.
***
14:20
Vladikavkazda partlayış nəticəsində yaralananların sayı səkkiz nəfərə çatıb.
Rusiya mediasının xəbərinə görə, yaralılardan biri uşaqdır.
Məlumata görə, hadisə yerində təcili yardım xidmətləri işləyir, anbarda partlayışlar davam edir.
***
13:48
Rusiyanın Vladikavkaz şəhərində güclü partlayış baş verib.
“Mash” Telegram kanalının məlumatına görə, hadisə pirotexniki məmulatların olduğu anbarda qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış güclü gurultu ilə müşayiət olunub, daha sonra təxminən 30 metr hündürlüyündə qara tüstü qatı havaya qalxıb.
https://t.me/apa_az/117608Hadisə nəticəsində ən azı iki nəfər xəsarət alıb, onların vəziyyəti ağır qiymətləndirilir.
İlqar Xudiyev Vladikavkaz Rusiya partlayış