İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib

Tarix: 10 Apr 2026 18:55

İsrail Vaşinqtonda Livanla keçiriləcək danışıqlara Fransa Prezidenti Emmanuel Makronun iştirak etməsinə icazə verməyib.

Bu barədə “The Jerusalem Post” iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrdən biri bunun səbəbi kimi “Fransanın son bir il ərzindəki fəaliyyətini”, eyni zamanda, Parisin Hizbullahın tərksilah edilməsinə yardım göstərməyə hazır olmamasını göstərib.

İlqar Xudiyev İsrail Lİvan danışıqlar Makron Fransa

Xəbər Lenti