İranlı spiker ABŞ-ın atəşkəs razılaşmasının iki bəndinə əməl etmədiyini bildirib

Tarix: 10 Apr 2026 18:54

İran ABŞ-la danışıqların başlaması üçün Livanda atəşkəsi və dondurulmuş aktivlərinin azad olunmasını şərt kimi irəli sürüb.

APA xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında yazıb.

“Qarşılıqlı şəkildə razılaşdırılmış iki maddə hələ də icra olunmayıb - Livanda atəşkəs və danışıqlardan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsi.

Danışıqlar başlamazdan əvvəl bu iki məsələ yerinə yetirilməlidir”, - Qalibaf vurğulayıb.

Toğrul Quluzadə İran ABŞ danışıqlar Qalibaf

Xəbər Lenti