Şənbə, 11 Aprel, 2026
Tarix: 11 Apr 2026 17:13
“İran donanması məhv edilib, hava qüvvələri sıradan çıxıb, hava hücumundan müdafiə sistemi demək olar ki, yoxdur, radar sistemləri sıradan çıxıb, raket və dron zavodlarının böyük hissəsi, eləcə də raket və dronların özü məhv edilib.Ən əsası isə, onların uzun illərdir hakimiyyətdə olan ‘liderləri’ artıq aramızda deyil – Allaha şükür!”
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki paylaşımında deyib.
“Onlarda qalan yeganə şey, hansısa gəminin onların dəniz minalarından birinə toxunması təhlükəsidir. Qeyd edim ki, onların mina yerləşdirən 28 qayığının hamısı da artıq dənizin dibindədir.
Biz indi bütün dünya ölkələri – o cümlədən Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox başqaları üçün Hörmüz boğazını minalardan təmizləmə prosesinə başlayırıq. Təəccüblüdür ki, onlar bu işi özləri görmək üçün nə cəsarət, nə də iradə göstərirlər.
Maraqlıdır ki, müxtəlif ölkələrdən boş neft tankerləri ABŞ-a doğru istiqamət alır ki, burada neft yükləsinlər”, - Tramp vurğulayıb.
ABŞ İran Hörmüz mina