İran XİN: İslamabad danışıqları heç bir nəticə vermədi

Tarix: 12 Apr 2026 08:21

“İslamabad danışıqları heç bir nəticə vermədi, lakin diplomatiya davam edir”.

İranın “Tasnim” agentliyinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

"Bəzi məsələlərdə razılığa gəldik. Lakin 2-3 vacib məsələdə fikir ayrılıqları oldu və nəticədə danışıqlarda razılıq əldə olunmadı", - XİN sözçüsü əlavə edib.

Bəqai onu da bildirib ki, bu danışıqlar mərhələsi son bir ildə ən uzun müddətdir ki, ümumilikdə 24 və ya 25 saat davam edib.

XİN sözçüsünə görə danışıqlar çətin 40 günlük müharibədən sonra, inamsızlıq və şübhə mühitində baş tutub. Buna görə də o, bu danışıqların tək bir dəfədə başa çatmasının gözlənilmədiyini bildirib.

İran ABŞ danışıqlar Bəqai

Xəbər Lenti