Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb

Tarix: 12 Apr 2026 11:31

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb.

Bu barədə “Bloomberg” dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edilib ki, iki boş supertanker Hörmüz boğazından keçərək Körfəz istiqamətində hərəkət etməyə cəhd göstərsə də, ABŞ və İran arasında danışıqların nəticəsiz başa çatması fonunda son anda geri dönüb.

Məlumata görə, bir gün əvvəl İranın Larak adası yaxınlığına, Hörmüz boğazındakı keçid nöqtəsinə üç tanker yaxınlaşıb. Onlardan biri yunan şirkətinə məxsus olub və İraqa doğru istiqamətlənib, digəri isə Pakistan bayrağı altında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedirmiş. Hər iki tanker geri dönüb. Bildirilir ki, gəmilərin marşrutunda dəyişiklik ABŞ və İran nümayəndələrinin Pakistanda keçirilən görüşdə razılığa gələ bilmədiklərinin açıqlanması ilə eyni vaxta təsadüf edib.

“Bloomberg” yazıb ki, üçüncü gəmi akvatoriyanı keçərək Körfəz istiqamətində yoluna davam edib, lakin onun təyinat məntəqəsi məlum deyil. Məlumata görə, tanker “Haut Brion 8 SA” şirkətinə məxsusdur, tankerin operatoru isə Cənubi Koreyanın “Sinokor Maritime” şirkətidir.

Hörmüz tanker

Xəbər Lenti