Nazir müavini: İran bir-iki ay ərzində neft emalı zavodlarının istehsal gücünü 80 faiz bərpa edə bilər

Tarix: 12 Apr 2026 13:23

İran bir-iki ay ərzində hava zərbələrinə məruz qalmış neft emalı zavodlarının istehsal gücünü 80 faiz bərpa edə bilər.

SNN xəbər verir ki, bunu İran neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər bildirib.

“Zərbəyə məruz qalmış neft emalı obyektlərində 1–2 ay ərzində əvvəlki gücün 70–80%-nə qayıda biləcəyik. Orta və uzunmüddətli perspektivdə isə tam – 100% gücün bərpa olunması mümkündür”, – deyə İran neft nazirinin müavini qeyd edib.

İran neft emalı zavodları

Xəbər Lenti