İran hücuma məruz qalan neft emalı zavodunu bərpa edir

Tarix: 12 Apr 2026 12:51

İran hava hücumuna məruz qalan Lavan adasındakı neft emalı zavodunu bərpa edir.

APA xəbər verir ki, İran neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər 10 gün sonra zavodun qismən fəaliyyətə başlayacağını açıqlayıb.

Nazir müavini qeyd edib ki, hazırda ərazidə dağıntıların aradan qaldırılması və zədələnmiş avadanlıqların dəyişdirilməsi üzrə briqadalar çalışır: “Təxminən 10 gün ərzində zavodun bir hissəsini işə salacağıq, qalan hissələr isə mərhələli şəkildə istismara veriləcək”.

İran hücum neft emalı zavodu

Xəbər Lenti