, 12 Aprel, 2026
Tarix: 12 Apr 2026 14:35
Rusiya alternativ bazarlara satışdan sonra əlavə həcm qalacağı təqdirdə Avropaya qaz ixracını davam etdirməyə hazırdır. APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Dmitri Peskov qeyd edib ki, Rusiya alternativ bazarlardan qaz alışı ilə bağlı çoxsaylı müraciətlər alır, lakin bu bazarlar “çox tələbkardır”. O əlavə edib ki, son dövrlərdə Rusiyanın qaz tədarükünün həcmi artıb. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Avropa İttifaqının məhdudiyyətləri qüvvəyə minməzdən əvvəl Avropa bazarına tədarükləri dayandırmaq və yeni bazarlara yönələrək orada möhkəmlənmək Moskva üçün daha sərfəli ola bilər.
Peskov Rusiya Avropa qaz