, 12 Aprel, 2026
Tarix: 12 Apr 2026 16:02
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner İran nümayəndə heyəti ilə danışıqlardan sonra İslamabadı tərk edib.
Bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Cared Kuşner, Stiv Uitkoff və texniki qrup İslamabaddan ayrılıb.
Məlumatda həmçinin qeyd olunur ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin olduğu təyyarə bir qədər əvvəl Almaniyadakı Ramştayn aviabazasına eniş edib.
Daha əvvəl “Al Arabiya” telekanalı Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün hələ də Pakistanda qaldığını bildirmişdi.
***
saat 15.23
ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri ölkələrinə yollansa da, nümayəndə heyətlərinin digər üzvləri hələ də İslamabaddadır, Pakistan danışıqların davamı üçün səylərini davam etdirir. APA-nın xəbərinə görə, ABŞ nümayəndə heyətinin rəhbəri vitse-prezidenti Ceyms Devid Vens İslamabadda 21 saat davam edən danışıqların nəticəsiz başa çatdığını, İran tərəfinə son olaraq sadə bir təklif təqdim etdiklərini bildirmişdi. “Al Arabiya”-nın məlumatına görə, Ceyms Devid Vens artıq İslamabadı tərk etsə də, nümayəndə heyətinin digər üzvləri - ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner hələ də İslamabaddadır. Türkiyənin NTV telekanalı isə İran nümayəndə heyətinin rəhbəri, parlamentin sədri Məhəmməd Baqir Qalibaf istisna ilə, İran xarici işlər naziri Abbas Əraqçi və nümayəndə heyətinin digər üzvlərinin də İslamabadda olduğu barədə xəbər yayıb.
Stiv Uitkoff Cared Kuşner Abbas Əraqçi Pakistan İslamabad ABŞ İran