Tramp: ABŞ Hörmüz boğazında gəmilərin blokadasına başlayacaq, İran şantajla qazanc əldə edə bilməyəcək

Tarix: 12 Apr 2026 17:18

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmaq və ya oradan çıxmaq istəyən bütün gəmilərin blokadasına başlayacaq.

APA-nın xəbərimə görə, ABŞ Prezidenti Donald Tramp bu barədə paylaşmında bildirib.

“Beləliklə, İslamabadda görüş yaxşı keçdi, əksər məqamlar razılaşdırıldı, lakin yeganə və ən vacib məsələ — nüvə məsələsi razılaşdırılmadı. Dərhal qüvvəyə minməklə, dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmaq və ya oradan çıxmaq istəyən bütün gəmilərin blokadasına başlayacaq. Müəyyən vaxtdan sonra biz “hamının daxil olmasına və hamının çıxmasına icazə verilməsi” rejiminə keçəcəyik, lakin İran sadəcə, “haradasa mina ola bilər” deməklə bunu mümkünsüz edib , bunu isə onlardan başqa heç kim bilmir. Bu, dünya miqyasında şantajdır və heç bir ölkə lideri, xüsusilə ABŞ, şantaja boyun əyməyəcək. Mən Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İranın qanunsuz ödəniş etdiyi bütün gəmiləri izləmək və saxlamaq əmri vermişəm. Qanunsuz ödəniş edən heç bir gəmi açıq dənizdə təhlükəsiz hərəkət edə bilməyəcək. Biz həmçinin İranın boğazda yerləşdirdiyi minaların zərərsizləşdirilməsinə başlayacağıq. ABŞ qüvvələrinə və ya sülhsevər gəmilərə İran tərəfdən atəş açanlar “tamamilə məhv ediləcək”, - deyə Donald Tramp qeyd edib.

“İran bu vəziyyəti necə bitirəcəyini hamıdan yaxşı bilir, bu vəziyyət artıq onların ölkəsini dağıdıb. Onların donanması yoxdur, hava qüvvələri yoxdur, hava hücumundan müdafiə və radar sistemləri işləmir, Xamenei və onların əksər “liderləri” artıq yoxdur. hamısı da nüvə ambisiyalarına görə. Blokada tezliklə başlayacaq. Bu blokadada digər ölkələr də iştirak edəcək. İran bu qanunsuz şantajdan qazanc əldə edə bilməyəcək. Onlar pul istəyirlər və daha da önəmlisi, nüvə istəyirlər. Bundan əlavə, uyğun vaxtda biz tam “hazır və döyüşə hazır” vəziyyətdəyik və ordumuz İranın qalan hissəsini tam şəkildə "tamamlayacaq”, - deyə ABŞ Prezidenti vurğuılayıb.

Donald Tramp ABŞ Prezidenti Hörmüz İran

Xəbər Lenti