, 12 Aprel, 2026
Tarix: 12 Apr 2026 19:41
İran ABŞ-la razılaşma əldə edə bilər.
APA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
"Əgər Vaşinqton beynəlxalq normalara əməl edərsə və Tehranın “qırmızı xətləri”ni nəzərə alarsa, İran ABŞ-la ədalətli razılaşma əldə edə bilər. İran regionda sülh və dayanıqlı təhlükəsizliyi təmin edən balanslı və ədalətli razılaşmanın əldə olunmasına tam hazırdır”, - deyə İran Prezdenti vurğulayıb.
Məsud Pezeşkian İran Prezidenti ABŞ