Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb

Tarix: 12 Apr 2026 21:46

Macarıstanda parlament seçkiləri üzrə səsvermə məntəqələri bağlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb, lakin növbədə olan seçicilərə səsvermə imkanı verilib. Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.

İlkin məlumata görə, seçici fəallığı 77,8% təşkil edib ki, bu da rekord göstəricidir.

Macarıstan seçki səsvermə

Xəbər Lenti