Səudiyyə Ərəbistanı İraqa etiraz notası verib

Tarix: 12 Apr 2026 23:33

Səudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib.

APA xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfir Sufiya Talib əs-Süheyl pilotsuz aparatlarla həyata keçirilən hücumlarla bağlı XİN-ə çağırılıb. Notada Körfəz ölkələrinə qarşı hücum və təhdidlər pislənib, Bağdaddan bu cür halların qarşısını almaq tələb olunub. Qeyd edək ki, ABŞ və İran arasında elan edilən iki həftəlik atəşkəsdən sonra, Fars körfəzi bölgəsində bir neçə hədəfə qarşı dron hücumları qeydə alınıb. Məlumata görə, bu dronların bəziləri İraq ərazisindən silahlı qruplar tərəfindən buraxılıb.

Səudiyyə Ərəbistanı İraq

Xəbər Lenti