Bazar ertəsi, 13 Aprel, 2026
Tarix: 13 Apr 2026 06:58
ABŞ NATO çərçivəsində siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Vaşinqton alyansa böyük maliyyə vəsaiti ayırır, lakin müttəfiqlərin dəstəyi kifayət deyil. Tramp xüsusilə İran məsələsində NATO ölkələrinin ABŞ-ı dəstəkləmədiyini vurğulayaraq bundan narazı olduğunu qeyd edib.
ABŞ prezidenti alyansın gələcəyi ilə bağlı qərarların yaxın zamanda dəyərləndiriləcəyini bildirib.
ABŞ NATO Tramp