Bazar ertəsi, 13 Aprel, 2026
Tarix: 13 Apr 2026 12:40
Çin ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İrana qarşı dəniz blokadası tətbiq etmək hədəsinə münasibət bildirərək tərəfləri təmkinli olmağa çağırıb.
APA xəbər verir ki, bu barədə Çinin xarici işlər nazirliyinin sözçüsü Quo Jiakun jurnalitlər üçün brifinqdə bildirib.
O qeyd edib ki, bu mühüm su yolunun təhlükəsiz, sabit və maneəsiz qalması beynəlxalq ictimaiyyətin ümumi maraqlarına xidmət edir.
XİN rəsmisi əlavə edib ki, Çin enerji təhlükəsizliyi və təchizatın qorunması üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazırdır.
İlqar Xudiyev Çin ABŞ İran Hörmüz boğazı