Baş nazir: Britaniya Hörmüz boğazının blokadasını dəstəkləmir

Tarix: 13 Apr 2026 12:21

Təzyiqlərə baxmayaraq Böyük Britaniya İranla müharibəyə qoşulmayacaq və Hörmüz boğazında blokadanı dəstəkləmir.

Bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer “BBC Radio 5 Live”a müsahibəsində deyib.

O, boğazın yenidən açılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.

“Fikrimcə, boğazın açılması və tam şəkildə açıq qalması son dərəcə vacibdir və biz son günlər bütün səylərimizi məhz buna yönəltmişik. Bunu davam etdirəcəyik”, — Starmer bildirib.

İlqar Xudiyev Böyük Britaniya İran blokada ABŞ Hörmüz boğazı

Xəbər Lenti