Roma Papası Trampla polemikaya girmək istəmədiyini bildirib

Tarix: 13 Apr 2026 13:45

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın tənqidindən sonra belə müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini bildirib.

AFP-nin xəbərinə görə, Əlcəzairəyə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini bildirib .

“Mən onunla polemikaya girmək istəmirəm. Mesaj eynidir - sülhü təşviq etmək”, – Roma Papası deyib. Qeyd edək ki, bir qədər əvvəl Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

"Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir", - deyə Tramp bildirib. Ağ Ev lideri xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu bildirib.

İlqar Xudiyev Roma Papası XIV Leo ABŞ Tramp

Xəbər Lenti