"Axios": ABŞ və İran arasında yeni danışıqlar aprelin 21-dək keçirilə bilər

Tarix: 13 Apr 2026 14:05

ABŞ və İran arasında yeni danışıqlar raundunun aprelin 21-nə qədər keçirilməsini planlaşdırılır.

“Axios”un məlumatına görə, Misir, Pakistan və Türkiyədən olan vasitəçilər yaxın günlərdə ABŞ və İran arasında yeni görüş təşkil etməyə çalışırlar.

Nəşrin məlumatında deyilir ki, məqsəd mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və atəşkəslə bağlı razılaşmanın müddəti başa çatmazdan əvvəl sülh sazişinə nail olmaqdır.

Region rəsmilərindən birinin sözlərinə görə, danışıqlar tam dalana dirənməyib.

“Qapı hələ bağlanmayıb, hər iki tərəf danışıqları davam etdirir”, — o bildirib.

İlqar Xudiyev ABŞ-İran danışıqları Misir Pakistan Türkiyə

Xəbər Lenti