Kreml Peter Madyarı təbrik etməyəcək

Tarix: 13 Apr 2026 16:14

Kreml Macarıstan parlament seçkilərində qələbəsi münasibətilə Peter Madyarı təbrik etməyəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Macarıstanın Rusiyaya dost olmayan ölkə olduğunu deyib.

"Biz dost olmayan ölkələrə təbrik göndərmirik. Macarıstan isə dost olmayan ölkədir, bizə qarşı sanksiyaları dəstəkləyir", - Kremlin sözçüsü vurğulayıb.

Fərid Əkbərov Kreml Macarıstan parlament seçkiləri Peter Madyar

Xəbər Lenti