“Bloomberg”: ABŞ Hörmüz boğazının blokadasını pozan gəmiləri ələ keçirə bilər

Tarix: 13 Apr 2026 19:16

ABŞ-ın İran limanlarının blokadası ilə bağlı planı məlum olub.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Sənədə görə, blokada başlayan ana qədər İran sularında olan gəmilərə ərazini tərk etmək tapşırılıb, əks halda, həmin gəmilər “dayandırılma, istiqamətinin dəyişdirilməsi və ələ keçirilmə” riskinə məruz qalacaq.

Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.

İlqar Xudiyev Hörmöz boğaz gəmi ABŞ

Xəbər Lenti