Əraqçi səudiyyəli həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib

Tarix: 13 Apr 2026 20:13

İran XİN rəhbəri Seyid Abbas Əraqçi bu gün səudiyyəli həmkarı Feysal bin Fərhanla telefonla danışıb.

APA-nın məlumatına görə, bu barədə İran XİN məlumat yayıb.

“Əraqçi atəşkəsdən sonra regiondakı son durumu və ABŞ-ın təxribatlarının yaratdığı təhlükələri izah edib. O, səudiyyəli naziri İran-ABŞ danışıqları barədə məlumatlandırıb”, - məlumatda deyilir.

İran tərəfinin atəşkəsi qəbul etdiyi və danışıqlara yaxşı niyyətlə başladığı vurğulanıb. Təəssüflə qeyd olunub ki, ABŞ tərəfi danışıqlarda yenə daha çox tələb irəli sürdüyü üçün heç bir nəticə əldə olunmayıb.

Səudiyyəli nazir isə diplomatik cəhdlərə dəstək verdiklərini deyərək bu prosesin müharibəni tamamilə bitirməsinə, bölgəyə sabitliyin qayıtmasına ümid etdiklərini bildirib.

ABŞ İran Səudiyyə Ərəbistanı danışıqlar

Xəbər Lenti