ABŞ Sakit okeanda daha bir gəmini vurub, iki nəfər ölüb

Tarix: 14 Apr 2026 04:29

ABŞ ordusu Sakit okeanının şərq hissəsində narkotik qaçaqmalçılığında istifadə edildiyi ehtimal olunan daha bir qayığa zərbə endirib. Hadisə nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Pentaqonun Cənub Komandanlığı məlumat yayıb.

"Kəşfiyyat gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib", - məlumatda deyilir.

Sakit okean gəmi ABŞ Pentaqon

Xəbər Lenti