Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 12:26
Pakistan ABŞ və İran arasında danışıqların ikinci raundunun keçirilməsi üçün çalışır.
Bu barədə Pakistandan olan anonim rəsmilər AFP-yə bildiriblər.
Mənbələr rəsmi İslamabadın diplomatiyanın uğur qazanması üçün atəşkəsin uzadılmasına çalışdığını da qeyd edib.
“Hər iki tərəfi danışıqlar masasına geri qaytarmaq üçün səylər göstərilir. Biz onların İslamabadda görüşməsini istəyirik, görüş yeri hələlik məlum deyil. Görüş yaxın müddətdə baş tuta bilər, amma tarix hələlik təsdiq olunmayıb”, - mənbə əlavə edib.
Xatırladaq ki, bundan əvvəl İran və ABŞ nümayəndə heyətləri İslamabadda 21 saat danışıqlar aparsa da, razılıq əldə edilməyib.
Toğrul Quluzadə Pakistan ABŞ İran danışıqlar