Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 14:16
Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlir mart ayında 19,04 milyard dollara yüksəlib.
APA-nın Moskva bürosu "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilib.
Hesabata görə, bu, fevral ayı ilə müqayisədə 9,7 milyard dollar, ötən illə müqayisədə isə 4,76 milyard dollar çoxdur.
Qeyd olunub ki, Rusiya neftinin ən böyük ixracat yeri Hindistan olub - gündə 2 milyon barel. Mart ayında Hindistanın 12 neft emalı zavodu Rusiya neftini emal edib. Fevralda isə Rusiya neftini emal edən Hindistan zavodlarının sayı yeddi olub.
Çin Rusiya neftinin ixrac həcminə görə ikinci yeri tutub, gündə 1,8 milyon barel. Rusiyanın neft məhsulları ixracından əldə etdiyi gəlir 7,59 milyard dollar təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 3,88 milyard dollar çoxdur.
Fərid Əkbərov Rusiya neft Hindistan