Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 14:07
ABŞ Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını Ukrayna razılaşması ilə əlaqələndirir, lakin Moskva bunu məcburi hesab etmir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml əmindir ki, münasibətlər bərpa edildikdən sonra Rusiya və ABŞ-ın bir çox qarşılıqlı faydalı layihələri ola bilər.
Putinin sözçüsü əlavə edib ki, ABŞ hələlik Rusiya neft və neft məhsullarının satışına icazələrin uzadılması ilə bağlı heç bir açıqlama verməyib.
Fərid Əkbərov Rusiya ABŞ Kreml