Almaniya və Ukrayna müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Tarix: 14 Apr 2026 14:59

Berlində rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Kansleri Fridrix Merts müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Bu barədə “UNIAN” məlumat yayıb.

Almaniya Kansleri qeyd edib ki, Berlin və Kiyev ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

Tərəflər həmçinin yeni yardım paketi üzrə razılığa gəliblər. Paketə Hava Hücumundan Müdafiə sistemləri, pilotsuz uçuş aparatları və sursatlar üzrə əlavə dəstək daxildir.

İlqar Xudiyev Almaniya Ukrayna hərbi əməkdaşlıq

Xəbər Lenti