“Bank VTB Azərbaycan”ın gəlirləri və mənfəəti azalıb

Tarix: 14 Apr 2026 14:51

2026-cü ilin I rübündə “Bank VTB Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,7% azalaraq 1,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bank 3,3 milyon manat xalis mənfəət əldə etmişdi.

“APA-Economics” banka istinadən xəbər verir ki, hesabat dövründə bankın gəlirləri 10,4% azalaraq 12,4 milyon manat, xərcləri də 7,8% azalaraq 10,2 milyon manat təşkil edib.

Bu ilin ilk üç ayı ərzində “Bank VTB Azərbaycan” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% azalaraq 324 milyon manata enib. Cari ilin ilk 3 ayında “Bank VTB Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7,8% artaraq 254,1 milyon manata bərabər olub.

Bu dövrdə “Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 212,1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 13% azdır.

Onu da bildirək ki, cari ilin yanvar-mart ayları ərzində şirkətlər 27,5 milyon manata yaxın depoziti “Bank VTB Azərbaycan”dan geri çərib. Belə ki, bankda hüquqi şəxslərin depozitləri 47,4% azalaraq 30,5 milyon manata, fiziki şəxslərin depozitləri isə 11% artaraq 78,1 milyon manata bərabər olub. Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 15,4% azalaraq 108,6 milyon manata enib.

Bu il aprel ayının 1-nə “Bank VTB Azərbaycan”ın cəmi kapitalı ilin ötən ilin eyni dövrünə nisbətən 6,8 artaraq 111,9 milyon manat təşkil edib.

İlahə Səlimova Bank VTB Azərbaycan maliyyə vəziyyəti gəllirlər. mənfəət

Xəbər Lenti