Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 16:20
2025-ci ildə Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 20 % azdır.
AMB rəsmisi xatırladıb ki, ötən il bank sektoru 1,2 milyard manata yaxın xalis mənfəət əldə edib, sektorun ROA əmsalı (aktivlərin gəlirliliyi) 2,1 %, ROE əmsalı (kapitalın gəlirliliyi) isə 18,2 % təşkil edib.
Həmçinin qeyd edilib ki, sığorta sektoru üzrə əldə edilən mənfəətin həcmi 166 milyon manat olub. Sığorta şirkətlərinin səhmdarına ödənilən dividendin həcmi isə 133 milyon manat təşkil edib.
Rahim Tarıverdiyev AMB Ataxan Həsənov sığorta