Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 16:08
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni yanaşmanın əsas məqsədi katastrofik risklərin daha düzgün qiymətləndirilməsi və baş verə biləcək hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərinin təmin edilməsidir.
Qeyd olunub ki, konsepsiyaya əsasən sığorta məbləği yaşayış sahəsinin kvadratmetrinə uyğun olaraq formalaşdırılacaq. Bu isə əmlakın real bazar dəyərinə daha yaxın sığorta təminatının yaradılmasına imkan verəcək.
Vüsal Qurbanov əlavə edib ki, yeni sistem çərçivəsində dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrləri – yerləşdiyi ərazi və ölçüsü nəzərə alınaraq sığorta məbləğinin hesablanması mümkün olacaq.
Rahim Tarıverdiyev AMB Vüsal Qurbanov sığorta