Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 17:30
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan–Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl icrası məsələləri müzakirə olunub.
May ayında İrəvanda keçiriləcək Ermənistan–Aİ sammitinə hazırlıq məsələləri ətraflı nəzərdən keçirilib. Ermənistan vətəndaşları üçün real nəticələr verəcək proqramların həyata keçirilməsi ilə bağlı razılıq vurğulanıb.
Tərəflər iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, eləcə də enerji sahəsində əməkdaşlıq üzrə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin vacibliyini də vurğulayıblar.
İlqar Xudiyev Mirzoyan Kallas Ermənistan Aİ